AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
Bakının 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində işlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə artıq 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. Bu isə nəzərdə tutulan işlərin 82 %-nin tamamlanması deməkdir.
Hazırda 6 küçə və prospektdə təmir işləri davam etdirilir, növbəti mərhələdə isə daha 14 küçə və prospektin təmiri planlaşdırılır.
Həyata keçirilən tədbirlərin əsas məqsədi paytaxtın yol infrastrukturunu müasirləşdirmək, nəqliyyatın hərəkət rahatlığını artırmaq və yol hərəkəti təhlükəsizliyini daha da gücləndirməkdir.
Oxşar xəbərlər
Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır
Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. BAKU.WS xəbər ve...