Azərbaycanın ilk qadın snayperi vəfat etdi

Azərbaycanın ilk qadın snayperi vəfat etdi
Digər 76

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"Xalaqızı" ləqəbi ilə tanınan Növrəstə Yusifova əslən Xızı rayonundan olub.

O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən müharibədə iştirak edən N.Yusifova ən gərgin döyüş bölgələrində snayper kimi xidmət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər