Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi

Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi
Video
Digər 242

Əlcəzairdə kövrək və fədakarlıqla dolu hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, xalq birləşərək kimsəsiz qıza təmtəraqlı toy edib.

Sözügedən hadisə toy ərəfəsində gənc qıza verilən sadə bir sualla başlayıb.

Ondan toyu üçün nə arzuladığı soruşulub. Gənc qız cavabında "Şam yeməyi üçün sadəcə iki toyuq" istədiyini bildirib.

Onun bu görüntüləri sosial şəbəkələrdə yayılaraq rezonans yaradıb.

Xeyriyyəçiliklə məşğul olan sahibkarlar, iş adamları və sadə vətəndaşlar bütün imkanlarını səfərbər edib.

Kiçik bir arzudan başlayan təşəbbüs qısa zamanda nəhəng bir təşkilatçılığa və təmtəraqlı toya çevrilib.

Toy günü gəlin üçün xeyli bahalı hədiyyələr alınıb.

Onun cehizindən tutmuş qızıl-ziynət əşyalarına, təmtəraqlı toy zalından zəngin ziyafət süfrələrinə qədər hər bir detalı xalqın dəstəyi ilə ən yüksək səviyyədə təşkil olunub.

Bu toy sosial şəbəkələrdə "Əlcəzair hələ belə möhtəşəm və təmtəraqlı toy görməmişdi" başlıqları ilə paylaşılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər