Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib

Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib
Dünya 7

Rusiya Saxalin adasında çalışan yapon jurnalist Yuki İmaiyi casusluq ittihamı ilə həbs edib. O, Rusiyanın müdafiə imkanları barədə məlumat toplamaqda və həmin məlumatları Yaponiya kəşfiyyatına ötürməyi planlaşdırmaqda şübhəli bilinir.

BAKU.WS xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) jurnalistin saxlanılması ilə bağlı görüntülər yayıb. Bildirilir ki, o, Moskvaya aparılıb və məhkəmə tərəfindən istintaq müddətində həbsdə saxlanılması barədə qərar verilib. İttihamlar üzrə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanı jurnalistə ədalətli və qərəzsiz münasibət göstərməyə çağırıb. Jurnalistin çalışdığı "Hokkaido Shimbun" qəzeti isə onun təhlükəsizliyinin əsas prioritet olduğunu açıqlayıb.

Hadisə Moskva ilə Tokio arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Tərəflər arasında Ukraynaya dəstək və Kuril adalarının suverenliyi ilə bağlı uzun müddətdir mübahisə davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər