İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi

İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi
Dünya 68

Amerikalı milyarder İlon Maskın sərvəti "SpaceX" və "Tesla" şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində yenidən 1 trilyon dollardan aşağı düşüb.

BAKU.WS xəbər verir ki, "Forbes" jurnalının hesablamalarına əsasən, oktyabrın 13-də sahibkarın xalis sərvəti 28,6 milyard dollar azalaraq 977,2 milyard dollara enib. Bu, bir gün ərzində təxminən 2,8 faizlik geriləmə deməkdir.

Sərvətin azalmasına əsas təsir "SpaceX" səhmlərinin ticarət sessiyasının başlanğıcında 3 faizdən çox ucuzlaşması olub. "Tesla"nın səhmlərində isə təxminən 0,5 faizlik eniş qeydə alınıb.

Mask cəmi dörd gün əvvəl hər iki şirkətin səhmlərinin bahalaşması hesabına yenidən trilyoner statusuna qayıtmışdı. Onun sərvəti "SpaceX"in 2026-cı ilin iyununda ictimaiyyətə açıqlanmasından sonra ilk dəfə 1 trilyon dollar həddini keçmişdi.

"Forbes"in qiymətləndirməsinə görə, İlon Mask "SpaceX" şirkətinin təxminən 48,4 faizinə, "Tesla"nın isə 11 faizinə sahibdir.

Qeyd edək ki, "SpaceX" səhmlərinin dəyərindəki eniş süni intellekt çipləri istehsalçılarının satışları fonunda baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər