Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib

Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib
Dünya 37

Almaniyanın Köln şəhərində 16 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən robot müsadirə olunub. Hadisə ilə bağlı 16 və 19 yaşlı iki nəfər barəsində araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, hadisə zamanı təxminən 120 santimetr hündürlüyündə olan qırmızı-qızılı robotun qıza arxadan yaxınlaşaraq onun ombasına toxunduğu və itələmə hərəkətləri etdiyi iddia olunur. Qızın qışqıraraq uzaqlaşdığı bildirilir.

Polisin məlumatına görə, şübhəlilər hadisəni sosial şəbəkədə canlı yayımlayıblar. Robotla yanaşı, onlara məxsus iki mobil telefon da müsadirə edilib. Hazırda robotun hərəkətlərinin qəsdən idarə olunub-olunmadığı araşdırılır.

Alman polisi hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi şərhlərin hüquqi məsuliyyətə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər