İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib

İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib
Dünya 25

Amerikalı milyarder İlon Mask 2026-cı il ABŞ aralıq seçkiləri ilə bağlı siyasi qruplara və kampaniyalara təxminən 366 milyon dollar vəsait ayırıb. O, əsasən Respublikaçılar Partiyasının namizədlərini və mühafizəkar təşəbbüsləri dəstəkləyib.

BAKU.WS xəbər verir ki, Maskın siyasi xərclərinin 276 milyon dollardan çoxu yalnız iyul ayından sonra həyata keçirilib. Bu məbləğ onun 2024-cü il prezident seçkilərində Donald Trampın kampaniyasına ayırdığı təxminən 300 milyon dolları da ötüb.

Milyarderin ən böyük ianəsi Respublikaçıların Senatda çoxluğu qorumasına dəstək verən Senat Liderlik Fonduna yönəldilən 158 milyon dollar olub. O, həmçinin özünün yaratdığı America PAC təşkilatına 76 milyon dollar, Konqres Liderlik Fonduna 20 milyon dollar və Respublikaçı Qubernatorlar Assosiasiyasına 10 milyon dollar ayırıb.

Maskın vəsaitlərinin bir hissəsi Demokrat namizədləri tənqid edən reklam və təşviqat kampaniyalarına sərf olunur. Onun siyasi fəallığı ABŞ Senatında çoxluğun hansı partiyada olacağı baxımından əhəmiyyət daşıyan seçkilər fonunda diqqət çəkir.

Məlumata görə, 366 milyon dollar Maskın təxminən 1 trilyon dollar həcmində qiymətləndirilən sərvətinin 0,04 faizindən də azdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər