Amerikada azərbaycanlını iş yerində güllələdilər - FOTO
15
yan
2019
11:38
Yanvarın 14-də Şimali Karolina ştatının Şərqi Şarlotta şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.BAKU.WS xəbər verir ki, bu barədə mərhumun yaxın dostu, tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə məlumat verib.Q.İbadoğlu qeyd edir ki, yaralı xəstəxanada vəfat edib.Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb.Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul imiş. O, bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçübmüş.Q.İbadoğlu yazır ki, E.Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.Allah rəhmət etsin!BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı alim ABŞ-ın nüfuzlu universitetinə dəvət aldı
Azərbaycanlı alim, ictimai-siyasi xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbadoğlu Amerikanın nüfuzlu Rutgers Universitetində (Nyu-Cersi ştatı) professor...