Həyəcan təbili: 3-cü devalvasiya olacaq
Valyutaya tələbat yenidən və kəskin artmağa başlayıb. Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də bu inzibati xarakter daşıyır.
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu Azərbaycan milli valyutasının son durumunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır.
"Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiyaya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”, - deyə Qubad İbadoğlu bildirib.
Oxşar xəbərlər
Manat üçün təhlükəli aylar: dollar hansı ayda bahalaşacaq?
"Manatın dollara nisbətən məsənnəsinin dəyişməsi növbəti dövrlərdə daha çox Mərkəzi Bankın manat bazasını necə dəyişməsindən asılı olacaq". BAKU.WS-in məlumatın...