Manatla bağlı bədbin proqnoz: "İlin sonuna kimi..."

Manatla bağlı bədbin proqnoz: İlin sonuna kimi...
İqtisadiyyat 5547

 

"Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı 127,2 milyon dollar və ya 3% azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb. Bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb. Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb: "Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar "əridib"".

Mütəxəssis bildirir ki, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb: "Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir. Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa bazara uzağı 100-200 milyon dollar çıxaracaq. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dollarla bağlı proqnoz: ilin sonuna kimi sürətlə bahalaşacaq

Dollarla bağlı proqnoz: ilin sonuna kimi sürətlə bahalaşacaq

"Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta int...

3080 İqtisadiyyat 17:59 21 oktyabr 2016

Son xəbərlər