Alimlər xəbərdarlıq etdi: Seks robotlar psixologiyanı poza bilər - VİDEO

Alimlər xəbərdarlıq etdi: Seks robotlar psixologiyanı poza bilər - VİDEO
Video
Siyasət 705

Bəzi şirkətlər müştərilərinə süni intellekt ilə robot seçimlərini təklif edirlər.

BAKU.WS xəbər verir ki, alimlər isə robotların marketinqini qadağan etməyi məsləhət görür.

Tədqiqatçılar bu işə səlahiyyətlli olan şəxsləri təcili hərəkətə keçməyə çağırıblar.

Duke Universitetinin alimi Dr. Kristin Hendren bəzi seks robotlarının etiraz proqramları olduğunu vurğulayıb və həmçinin robotların sahiblərinin təcavüz ssenarisini yarada biləcəyini ifadə edib.

Bundan əlavə bəzi robotlar uşaqlara bənzədilərək hazırlanır. Bu istiqamətdə iş aparan və həmçinin pedofil olduğunu elan edən yapon mütəxəssis əslində bunun uşaqlara zərər verməsinin qarşısını alan bir profilaktik vasitə olduğunu iddia edir.

Qeyd edək ki, "Harmony" adlandırılan bu robot təxminən 10 min dollara satılır. İnsan ölçüsündə olan bu robotlar danışarkən yanıb-sönə bilər, boynunu və dodaqlarını tərpədə bilər.

Bu robotun daha bir özəlliyi ondan ibarətdir ki, süni intellekt sayəsində sahibi ilə əlaqə qurur, sahibi haqqında ətraflı məlumata malik olur.

Son xəbərlər