Aktrisa körpəsində yaranan şişdən danışdı: "Az qala gözləri bağlanırdı" - FOTO

Aktrisa körpəsində yaranan şişdən danışdı: Az qala gözləri bağlanırdı - FOTO
Foto
Siyasət 1

Aktrisa Burcu Kara ilk dəfə övladının xəstəliyindən danışıb.

BAKU.WS xəbər verir ki, onun ikinci oğlu Ali 2 aylıq oalrkən gözündə şiş yaranıb. Daha sonra bu şiş böyüməyə başlayıb:

"Uzun müddətdir sizə danışmaq istədiyim bir mövzu var. Fürsət tapmışkən bu barədə yazmaq istədim. Alinin sol gözü iki aylıq olanda şişməyə başladı. "Nəzərdir", "keçəcək" dedik. Sonra daha da böyüdü və beşinci ayda gözləri az qala bağlandı.

Bu müddət ərzində biz, əlbəttə ki, bir neçə həkimin rəyini almaq istədik, çünki bu, çox mühüm problem idi.

Bizə bildirdilər ki, bu sadəcə "Hemangioma" adlı (Damar endotelindən inkişaf edən xoşxassəli törəmələr) şişdir. Daha sonra başqa həkimlərə də getdik. Bunun körpələrdə inkişaf edən zərərsiz bir şiş olduğunu öyrəndik. Müalicələrə başladıq. Zamanla şiş azaldı. Allaha şükür ki, artıq tamamilə yox oldu".

Qeyd edək ki, Burcu Kara rejissor Fırat Parlakla evlidir. Cütlüyün Alidən başqa Can adlı bir övladı da var.

Son xəbərlər