Adanadakı ABŞ konsulluğu bağlandı

Qəzzadakı vəziyyətlə bağlı etiraz aksiyasından sonra ABŞ-ın Adanadakı konsulluğu bağlanıb.
ABŞ Qəzzada vəziyyət və nümayişçilərin binaya hücumu ilə əlaqədar çərşənbə gecəsi keçirilən etiraz aksiyasından sonra ölkənin cənubundakı Adana şəhərində konsulluğun işini müvəqqəti dayandırmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının saytında məlumat verilib.
ABŞ-ın Adanadakı Konsulluğu növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları ABŞ-ın Ankaradakı səfirliyində görüşlərini dəyişdirə bilərlər”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Pentaqon Qəzzada xəstəxanaya hücumu şərh edib
ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyatlar apararkən İsraili müharibə qanunlarına əməl etməyə çağırır. “Report” xəbər verir ki, bunu ABŞ...
