ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb

13
mar
2023
11:56
ABŞ və Cənubi Koreya "Freedom Shield" (Azadlıq qalxanı) adlı birgə hərbi təlimlərə başlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Birgə hərbi təlimlər çərçivəsində Şimali Koreyanın mümkün ola biləcək hücumlarını dəf etmək üçün ssenarilər həyata keçiriləcək.
Agentliyin məlumatına görə, xüsusi əməliyyatlar üzrə təlimlər də daxil olmaqla 20-dən çox təlim keçiriləcək.
Təlimlərin 11 gün, martın 23-dək davam edəcəyi bildirilib.
Oxşar xəbərlər
Cənubi Koreya İsrailin PUA aşkarlanması sistemini almağı düşünür
Cənubi Koreyanın silahlı qüvvələri pilotsuz uçan aparatların aşkarlanması üzrə İsrail istehsalı sistemini almağı düşünür. “Report” xəbər verir ki, bu barədə Cən...
