ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib
Siyasət 109

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TASS-a avia dispetçer dairələrindən bildirilib. 

"Ötən axşam ABŞ-dan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb", - agentliyin mənbəsi bildirib.

Vnukovo hava limanında Stiv Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

*** 23:20 05.08.2025

Dövlət Departamenti ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu həftə Rusiyaya səfər edəcəyini təsdiqləyib, lakin səfərin gündəliyini açıqlamaqdan imtina edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

"Hər şeydən əvvəl, (ABŞ Prezidenti Donald Tramp), əlbəttə (əvvəllər) xüsusi elçi Uitkoffun bu həftə Rusiyaya gedəcəyini qeyd etdi. Biz bunu tribunadan təsdiqləyə bilərik. Bunun nələri əhatə edəcəyi ilə bağlı sizin üçün heç bir təfərrüatım yoxdur", - o qeyd edib.

T.Bryus Uitkoffun səfərinin dəqiq tarixini açıqlamayıb.

Bu arada, "Reuters"in anonim mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə günü Rusiya rəhbərliyi ilə görüşmək üçün Moskvada olacaq.

*** 23:01

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun da olduğu təyyarənin Rusiyaya yola düşdüyü ehtimal edilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Güman ki, göyərtəsində Uitkoff olan təyyarə ABŞ-dən yola düşüb", - agentliyin mənbəyi bildirib.

Avqustun 6-da ABŞ liderinin xüsusi elçisinin Rusiyaya səfərinin gözlənildiyi bildirilib.

Son xəbərlər