ABŞ-nin vitse-prezidenti: "Tramp kimi Prezident Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir"
"Prezident Tramp kimi Prezident Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir".
Bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Həmçinin birincisi, burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən təsdiqləyə bilərəm ki, o, çox cəlbedicidir. Bir az sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq.
İcazə verin, həmçinin qeyd edim ki, ikinci xanım və mən bu gün axşam ziyafətdə iştirak etməkdən çox məmnunuq. Belə başa düşürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Prezidentin həyat yoldaşıdır və ümid edirəm ki, bu, ikinci xanımı hər hansı başqa bir fikrə gətirmir. Mən bunları şəxsən öz tərəfimdən, eləcə də böyük xalqlarımızın dostluğu baxımından söyləmək istəyirəm. Burada olmaqdan çox böyük şərəf hissi duyuram və müzakirəni davam etdirməkdən çox məmnunam", - deyə ABŞ-nin vitse-prezidenti qeyd edib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimləri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənistan prezidentinin saxta Bəyrabad qərarı" adlı sü...