Abbas Əraqçi ilə Ceyhun Bayramov regiondakı vəziyyəti müzakirə ediblər
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
Tərəflər həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.
Oxşar xəbərlər
IMO baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəli şəkildə həlak olması ilə əlaqədar Azərbaycana b...