AB uyğurlara verilən işgəncə səbəbilə Çinə sanksiya tətbiq etdi
Avropa Birliyi ölkələri Çinin Uyğur Muxtar Respublikasında uyğurlara qarşı olan təzyiq və insan hüquqlarının pozulması səbəbilə bəzi çinli rəsmilərə sanksiya tətbiq edilməsi ilə bağlı razılıq əldə edib.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Brüsseldəki səfirliklərin razılığı ilə 4 Çin rəsmisi və bir quruma sanksiya tətbiq olunacağı gözlənilir. Qərarın və sanksiya tətbiq olunacaq şəxslərin martın 22-də AB XİN başçıları toplantısında təsdiq olunacağı və açıqlanacağı bildirilib.
AB Çinə sanksiya tətbiq olunması ilə bağlı qərarın ötən ilin sonunda qüvvəyə minən Beynəlxalq İnsan Haqları Sanksiya Rejimi çərçivəsində qəbul edildiyini açıqladı. Sanksiyalara səyahət qadağası və maliyyə aktivlərinin dondurulması daxildir.
Oxşar xəbərlər
Çin XİN ABŞ Dövlət katibini təlxək adlandırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin ABŞ Dövlət katibi Mayk Pompeonu təlxək, onun Sincan Uyğur Muxtar Vilayətindəki uyğur soyqırımı ilə bağlı açıqla...