Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur.
BAKU.WS nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub.
İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib.
Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub.
Hazırda hadisənin baş vermə səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və onların ümumi səhhəti ilə bağlı məsələlərlə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə pro...