Premyer Liqa: "Neftçi" və "Sabah" üz-üzə gələcək

Premyer Liqa: Neftçi və Sabah üz-üzə gələcək
İdman 0

Misli Premyer Liqasında VII turun oyunlarına start veriləcək. Tur çərçivəsində "Araz-Naxçıvan" – "Kəpəz" və "Neftçi" – "Sabah" qarşılaşmaları baş tutacaq.

BAKU.WS xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Kəpəz"lə qarşılaşacaq. Oktyabrın 8-də keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Günün ikinci oyununda isə "Neftçi" "Sabah"ı qəbul edəcək. "Palms Sports Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer Liqası, VII tur

8 oktyabr

16:00 – "Araz-Naxçıvan" – "Kəpəz"

19:30 – "Neftçi" – "Sabah"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər