Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu Zelim Kotsoyev mübarizəyə başlayır
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu gün olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.
Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" və "Sabah" üz-üzə gələcək
Misli Premyer Liqasında VII turun oyunlarına start veriləcək. Tur çərçivəsində "Araz-Naxçıvan" – "Kəpəz" və "Neftçi" – "Sabah" qarşılaşmaları baş tutacaq. BAKU....