Çin XİN ABŞ Dövlət katibini təlxək adlandırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin ABŞ Dövlət katibi Mayk Pompeonu təlxək, onun Sincan Uyğur Muxtar Vilayətindəki uyğur soyqırımı ilə bağlı açıqlamasını isə əsrin yalanı adlandırıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl ABŞ Dövlət katibi Sincan Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar olaraq, Çini “soyqırım” və insanlığa qarşı cinayətlər törətməkdə günahlandırmışdı.
“New York Times” qəzetinin yazdığına görə, Tramp hökumətinin Çinin hərəkətlərinə verdiyi sərt reaksiyalar Bayden kabineti tərəfindən Pekinə qarşı sanksiyaların genişlənməsinə səbəb ola bilər.
"Son bir neçə ildə Pompeo həddindən çox yalanlar danışıb. Onun dedikləri cəfəngiyatdır. Pampeo özünü bir kluon kimi aparıb və bütün dünyanın gülüş hədəfinə çevrilib”, - deyə Hua Çunyin bildirib.
Qeyd edək ki, son illərdə ABŞ Çini sanksiyalarla təhdid edərək, uyğurlara və digər müsəlman qruplara zülm etməkdə, Tibet də daxil olmaqla, müxtəlif bölgələrdə insan haqlarını pozmaqda günahlandırır, Honkonqun müdafiəsi layihəsinin isə əslində ərazi vahidinin yüksək muxtariyyət statusunu ortadan qaldırmaq məqsədi daşıdığını iddia edirdi. Çin səlahiyyətliləri bütün ittihamları və tənqidləri rədd edərək, ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa çağırırdılar.
Oxşar xəbərlər
ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi
ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir. BAKU.WS report-a istinadən xəbə...