Əkin sahəsini sığortalamaq istəyən fermerlərə ŞAD XƏBƏR
Yağış, dolu, sel, şaxta və digər təbiət hadisələri kənd təsərrüfatı sahələrinə ciddi ziyan vura, fermerlərin aylarla çəkdiyi zəhməti və məhsul gözləntilərini risk altına sala bilər.
BAKU.WS-in məlumatına görə, belə hallarda aqrar sığorta fermerlərin itkilərinin qarşılanmasında mühüm rol oynayır.
Bəs fermerlərin təsərrüfatlarını sığortalaması üçün dövlət nə qədər vəsait ayırır və bu dəstək hansı qaydada həyata keçirilir?
Aqrar Sığorta Fondu BAKU.WS-ain sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, normadan artıq qar yağması, yanğın, ildırım vurması nəticəsində yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalayır:
"Dövlətin aqrar sığorta prosesində fermerlərə göstərdiyi ən böyük dəstək sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Qaydalara əsasən, fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır. Nəticədə fermer öz təsərrüfatını sığortalamaq üçün hesablanmış sığorta haqqının yalnız yarısını ödəyir.
2026-cı ilin ilk 9 ayında – yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondunun ümumi sığorta yığımları 20 milyon 480 min manat təşkil edib. Bu məbləğin yarısı, yəni 10 milyon 240 min manatı fermerlərə dövlət dəstəyi çərçivəsində dövlət tərəfindən ödənilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu b...