SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
BAKU.WS-in məlumatına görə, Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib. 

Dövlət başçısı İlham Əliyev Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.
 
BAKU.WS