Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb
21
iyn
2026
13:26
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Yevlax rayonunda bir nəfər suda batıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun...