İlham Əliyev: “Ermənistanın hücumunun qarşısı alınıb, qarşı tərəfə lazımi cavab verilib”

İlham Əliyev: “Ermənistanın hücumunun qarşısı alınıb, qarşı tərəfə lazımi cavab verilib”
Siyasət 1540

Aprelin 2-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.

Prezident İlham Əliyev belaruslu həmkarını son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi: "Ermənilər cəbhədə 143 ölü itki verib"

Müdafiə Nazirliyi: "Ermənilər cəbhədə 143 ölü itki verib"

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata g...

3364 Sosial 14:19 05 yanvar 2016

Son xəbərlər