CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb
Sutka ərzində Hörmüz boğazından dünya bazarlarına 17 milyon bareldən çox neft və digər yüklər daşıyan 55 ticarət gəmisi keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.
Məlumata görə, Amerika Silahlı Qüvvələri gəmiçilik azadlığını dəstəkləmək məqsədilə boğaz ərazisində fəaliyyətini davam etdirir.
"ABŞ Silahlı Qüvvələri İranla razılaşmanın bütün aspektlərinə riayət edilməsini, onun icrasını, tam qüvvəyə minməsini təmin etmək üçün öz mövcudluğunu və sayıqlığını qoruyub saxlayır", - bəyanatda qeyd olunur.
Xatırladaq ki, İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib. Bu barədə əvvəlcə "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı, sonra isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanatlar yayıb. Əsas səbəb kimi, İsrailin Livana hücumları fonunda ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəlikləri pozması göstərilir.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...