VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Əvvəlcə qardaş Türkiyə xalqına başsağlığı diləmək istəyirəm. Allah ölənlərə rəhmət eləsin. Biz bu dəhşətli terror hadisəsi sonrası demək istəyirik ki, türk xalqının yanındayıq".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bizim birliyimiz əbədidir: "Gözəl günlərdə də ağır günlərdə də biz bir-birimizin yanındayıq. Bu cür hücumlar Türkiyə xalqını haqq yolundan döndərə bilməz. 25 ildir Azərbaycan və Türkiyə birlikdə hərəkət edir".

İlham Əliyev bildirib ki, iki ölkə arasındakı əməkdaşlığın hüquqi birlik və qardaşlıq dayanır. "Bu təməl üzərində dostluğumuzu inşa edirik. Türkiyə nə qədər güclü olsa, biz də o qədər güclü olacağıq".
 
Şahin Həbibov
BAKU.WS