SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Rusiya Federasiyasının baş nazirin müavini Dmitri Roqozin Bakıya səfər edib. Danışıqların əsas mövzusu — Azərbaycanın maliyyə problemləri, daha əvvəl bağlanmış hərbi texnikaların satışı ilə bağlı müqavilələr üzrə hesablaşmaqdır. Bakının neft qiymətlərinin aşağı düşməsi ilə Rusiyadan aldığı hərbi texnikaların pullarını ödəməkdə çətinlik çəkir. Bu versiyanın Rusiya KİV-ləri yazır.  
 
"Ruskaya Planeta" qəzetinin yazdığı məlumata görə, sifariş edilmiş silahların bir hissəsi limanda saxlanılır və boşaldılmır. Roqozinin Bakı səfərinin əsas səbəbinin də məhz bununla bağlı olduğu deyilir. Azərbaycan Rusiya Federasiyasıyla hərbi-texniki əməkdaşlığa son dərəcə maraqlıdır və buna görə danışıqlarda təşəbbüskar rolunda çıxış edir. Bakı Moskvayla danışıqlar aparmaq istəyir. 

2010-2014-cü illərdə Rusiya və Azərbaycan 4 milyard dollar həcmində bir neçə müqavilə bağlayıb. Razılaşmaya əsasən, Bakı Moskvadan zenit-raket kompleksləri (S-300PMU-2, "Tor-2ME"), özüyeriyən artilleriya quraşdırmaları ("Msta-S"), ağır oqnemyot sistemləri ("TOS-1A"), tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüz döyüş və nəqliyyat vertolyotu almalı idi.

Rusiya Federasiyası öz öhdəliklərinin çox hissəsini yerinə yetirib və hazırda imtiyazlı vəziyyətdədir. Bakıya münasibətdə Moskva siyasi eynəyi çıxartmaq imkanı qazanıb. Həmçinin, vaxt, Rusiya rəhbərliyinə diqqətlə vəziyyəti təhlil etməyə və Azərbaycanla daha yaxşı əməkdaşlıq qurmağa imkan yaradacaq. 

Azərbaycanla münasibətlərdə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəltmək lazımdır. Moskva və Yerevan arasında ittifaq münasibətlərini nəzərə alaraq, həmçinin Ankarayla və Bakı arasındakı isti münasibət qondarma rejim üçün böyük təhlükələrin yaxınlaşdığını deməyə əsas verər. Qarabağda genişmiqyaslı regional müharibə başlaya bilər. Bununla əlaqədar olaraq Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa daha ehtiyyatla yanaşmaq niyyətindədir. 

Rusiya üçün silah ixracı böyük iqtisadi və siyasi qiymətə malikdir. Ancaq müharibə təhlükəsini nəzərə alan Rusiya daha ehtiyyatlı davranmağa, silah satışının həcmini azaltmağa çalışacaq.
 
2000-ci illərin əvvəlindən Azərbaycan hərbi büdcənin həcmini əhəmiyyətli dərəcədə artırdı. Müdafiəyə xərcləri 2003-cü ildə 163 milyon dollar təşkil edirdisə, 2013-cüdə — 3,7 milyard dollara çatdı. Hərbi xərclərin artması yalnız neftin və qazın satışından gələn gəlirlərin azalması ilə yavaşladı. 2015-ci ildə Azərbaycanın müdafiə büdcəsi üç milyard dolları ötdü. Ermənistanın hərbi büdcəsi Azərbaycandın hərbi büdcəsindən 13 dəfədə azdır. Ermənistanın dövlət xərclərlərinin ümumi məbləği təxminən qonşu ölkənin hərbi büdcəsinə bərabərdir. Yoxsul iqtisadiyyat erməni ordusunun döyüş bacarığının səviyyəsini dəfələrlə aşağı salır. "GlobalFirePower"in reytinqində Azərbaycan ordusu 64-cü yeri, Ermənistan ordusu 74-cü pilləni tutur. 

Şahin Həbibov
BAKU.WS