Azərbaycan dərman istehsalına başlayır
Azərbaycan özü dərman istehsal edəcək. Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində səsləndirilən fikirlər bunu deməyə əsas verir.
BAKU.WS məlumat verir ki, Rusiya şirkətləri Azərbaycanda dərman istehsalı üçün yeni layihə üzərində işləyirlər. Rusiya Sənaye və Ticarət nazirinin müavini Sergey Tsıb da Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı deyil.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır. Bunlar xüsusi ilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Nazir müavini: "Bazarda qiyməti düz göstərilməyən dərmanlar var"
"İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyi birgə monotorinqlər həyata keçirir. Söz yox ki işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyy...