Bakıda kvadratmetri 800 manata tam təmirli mənzillər SATILIR

Bakıda kvadratmetri 800 manata tam təmirli mənzillər SATILIR
Video
Sosial 2761

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satılan mənzillərin Ramana yaşayış kompleksində yerləşən binalarında 1 kvadratmetr üçün qiyməti 800 manatdan başlayır.

BAKU.WS xəbər verir ki, tam təmirli və çıxarışlı olan bu mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar.

Mənzil almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər.

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Mənzillərin videogörüntüsünü təqdim edirik:

Son xəbərlər