"20 Yanvar"dakı vəziyyətlə bağlı polis hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda taksi sürücülərinin qaydaları pozması ilə əlaqədar tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası ətrafında baş verən xaos və sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"Dövlət Yol Polisi əməkdaşları və Post Patrul Xidmətinin naryad qrupları ərazidə fəaliyyət göstərən bəzi taksi sürücülərinin sərnişin götürmək məqsədilə dayanma-durma qaydalarını pozduqlarını və hərəkət intensivliyinə mane olan digər halları müəyyən edərək, bunun qarşısının alınması istiqamətində tədbirlər görür.
Ərazidəki qayda pozuntularının aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib", - deyə E.İbrahimov bildirib.
Xatırladaq ki, Baku TV "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaosla bağlı reportaj hazırlamışdı. Həmin sujetlə "Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar" - "20 Yanvar"da XAOS" adlı yazıda izləyə bilərsiz.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...