Toydan son anda imtina edə biləcək bürclər
Astroloqlar bəzi bürclərin hətta toy gününə bir neçə gün qalmış belə nikahı ləğv edə biləcəyini bildiriblər. Mütəxəssislərin fikrincə, zodiak dairəsinin bəzi nümayəndələri şübhələrini axıra qədər gizlədə bilirlər, lakin məsuliyyət qorxusu və ya gələcəklə bağlı narahatlıq onların toy planlarını təxirə salmasına səbəb ola bilər.
Əkizlər bürcü
Dəyişkən xarakterləri ilə tanınan Əkizlər son anda qərarlarını dəyişə bilən bürclərdəndir. Onlar üçün azadlıq hər şeydən önəmlidir, və evlilik çox vaxt bu azadlığın məhdudlaşdırılması kimi qəbul olunur. Buna görə də, toy ərəfəsində belə fikirlərini dəyişmələri mümkündür.
Oxatan bürcü
Oxatanlar üçün müstəqillik və macəra sevgisi həyatlarının ayrılmaz hissəsidir. Evlənmək qərarı verdikdən sonra onlar özlərinə belə suallar verə bilərlər: "Mənim həyatım indi necə dəyişəcək?" Bu düşüncələr və tərəddüdlər onların nikahdan imtina etməsinə gətirib çıxara bilər.
Dolça bürcü
Dolçalar emosiyalardan çox məntiqə əsaslanan bürclərdəndir. Münasibətlərdə azacıq narahatlıq hiss etdikdə belə, dərhal uzaqlaşmağa meyllidirlər. Onlar bəzən toy gününə az qalmış belə, münasibətləri bitirmək qərarına gələ bilərlər.
Qız bürcü
Qız bürcü daim mükəmməllik axtarışında olur. Onlar üçün evlilik çox ciddi addımdır. Əgər gələcək həyat yoldaşında və ya münasibətdə nəsə onların ideallarına uyğun gəlmirsə, cəsarətlə bir addım geri çəkilə bilərlər – istər toy ərəfəsi, istərsə də toy günü olsun.
Oxşar xəbərlər
Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Aİ-yə qoşula biləcək dörd ölkənin adını açıqla...