Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq - Yanvarın 1-dən
"Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli və hibrid avtomobillərinə güzəşt yerli istehsala tətbiq olunacaq".
Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, yerli istehsal bu növ avtomoillər əlavə dəyər vergisindən azad olunacaq:
"Qeyd etmək lazımdır ki, Azərbaycanda elektrik və hibrid avtomobillərin istehsalının həyata keçirilməsi nəzərdə tutulub. Yanvarın 1-dən etibarən güzəştlər yerli istehsala tətbiq olunacaq. Eleketik avtomobillərinin ehtiyat hissələrinin Azərbaycana idxalında güzəştlərin tətbiqi təklif olunub. Növbəti ildən etibarən bu növ avtomobillərin ehtiyat hssələrinin ölkəmizə idxalı zamanı güzəştlər qüvvədə olacaq.
Hibrid və elektrik avtomobilləri üçün nəzərdə tutulan güzəşt müddəti 2026-cı il yanvarın 1-dən başa çatır. Həmin müddətin uzadılması təklif olunmadığı üçün həmin avtomobillərin Azərbaycana gətirilməsi zamanı güzəştlər olmayacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Şabran sakinlərinin bitməyən SU DƏRDİ: "Xəstəlik mənbəyidir"
Şabran rayonunun Gəndov kəndinin sakinləri illərdir içməli su problemi ilə üzləşdiklərini bildirirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlə...