Atlantik okeanında kokain daşıyan sualtı qayıq ələ keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya hakimiyyəti Atlantik okeanında 1,7 ton kokain daşıyan sualtı qayığı ələ keçirib. Qayıq İber yarımadasına doğru hərəkət edərkən Portuqaliya donanması və polisin birgə əməliyyatı ilə saxlanılıb.
BAKU.WS xəbər verir ki, əməliyyat zamanı Ekvador, Venesuela və Kolumbiya vətəndaşlarından ibarət dörd nəfərlik ekipaj tutulub. Qayıq Lissabondan təxminən 1 000 dəniz mili məsafədə aşkar edilib və pis hava şəraiti səbəbindən açıq dənizdə batırılıb.
Rəsmilər bildiriblər ki, hadisə beynəlxalq narkotik şəbəkələrinin Avropaya yeni marşrutlar tapmağa çalışdığını göstərir. Son illərdə Atlantikdə bu tip "narko-sualtı qayıqlar"ın sayının artdığı qeyd olunur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...