Bakıda daha bir ərazidə SÖKÜNTÜ - Sakinlərə kompensasiya veriləcək

Bakıda daha bir ərazidə SÖKÜNTÜ - Sakinlərə kompensasiya veriləcək
Video
Sosial 24784

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işləri başlayır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.

Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Qeyd olunub ki, sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Məlumat üçün bildirək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz arta...

123 Sosial 19:58 17 avqust 2026

Son xəbərlər