Bitcoin 100 min dollar həddinin altına düşdü
Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin, iyundan bəri ilk dəfə 100 min dolların altına enib. Qiymətin düşməsinə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirməyə tələsməməsi və texnologiya sektorundakı yüksək dəyər qiymətləndirmələri ilə bağlı narahatlıqlar səbəb olub.
BAKU.WS xəbər verir ki, CoinMarketCap platformasının məlumatına görə, son 24 saatda qlobal kriptovalyuta bazarının ümumi dəyəri 6,5 faiz azalaraq 3,31 trilyon dollara düşüb. Bitcoin-in qiyməti isə 5,8 faizdən çox azalaraq 23 iyundan bəri ilk dəfə 100 min dolların altına enib. Hazırda o, təxminən 100 min 768 dollar səviyyəsində ticarət olunur.
Ekspertlər bildirirlər ki, investorlar FED-in növbəti qərarlarını ehtiyatla izləyir, xüsusilə də Asiya bazarlarında mümkün korreksiya riskləri ilə bağlı xəbərdarlıqlar artır.
Bazarın ikinci ən böyük kriptovalyutası olan Ethereum da bu enişdən təsirlənib - onun qiyməti 10 faiz azalaraq 3 210 dollara düşüb.
Analitiklər qeyd edirlər ki, kriptovalyuta bazarındakı bu dalğalanma həm qlobal iqtisadi qeyri-müəyyənlik, həm də investorların riskdən qaçma meyillərinin artması ilə əlaqədardır.
Oxşar xəbərlər
Azərbaycan-Britaniya ticarətinin həcmi son 12 ayda 888 milyon funt-sterlinq olub
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Britaniya...