SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident, Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

BAKU.WS