Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrində ticarət, işgüzar əlaqələri qadağan etməyə yönəlmiş addımları dəstəkləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, XİN-in açıqlamasında İsrailin iki dövlətli həlli aradan qaldırmağa yönəlmiş səylərinin intensivləşdiyi vurğulanıb.
İordan çayının Qərb sahilindəki məskunlaşmanın Fələstinin mövcudluğunu təhdid edən nöqtəyə çatdığı qabardılıb:
"İsrail-Fələstin məsələsinin sülh yolu ilə həllinin təmin edilməsi və regionda ədalətli, davamlı barışığın bərqərar olması üçün İsrailin bu fəaliyyətlərinə qarşı lazımi reaksiyanın verilməsi başlıca şərt halına gəlib. Bu çərçivədə, beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərinin oxşar qərarlar qəbul etməsini gözləyirik.
Türkiyə 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren bir Fələstin Dövlətinin yaranması üçün səy göstərməyə davam edəcək".
Oxşar xəbərlər
Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür
Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...