İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
İsrail, Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı sanksiyalarına cavab olaraq, Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq və Kiryat-Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzində Britaniya nümayəndələrinin işini dayandıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
İsrail həmçinin Britaniya hərbçilərinin Ramallahda Fələstin Milli Administrasiyasının təhlükəsizlik qüvvələrinə təlim keçməsinə mane olmaq və 12 seçilmiş Britaniya nümayəndəsinin və Birləşmiş Krallığın digər vətəndaşlarının ölkəyə girişini qadağan etmək niyyətindədir.
Saar Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaları İsrailin daxili işlərinə müdaxilə adlandırıb. Onun sözlərinə görə, Londonun və oxşar sanksiyalar elan edən digər ölkələrin bəyanatları Fələstin-İsrail münaqişəsinin həlli imkanını yalnız uzaqlaşdırır.
Daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İsrail yaşayış məskənlərinə qarşı yeni sanksiyalar elan etmişdi. London orada istehsal olunan malların idxalını, bir sıra xidmətlərin, o cümlədən yaşayış məskənlərinin tikintisi və maliyyələşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini, eləcə də bu ərazidəki daşınmaz əmlakın reklamını qadağan edəcək.
Oxşar xəbərlər
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış məntəqələ...