Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Siyasət 1149
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər