İlham Əliyev Zelenskiyə başsağlığı verdi
09
dek
2019
17:18
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Prezident, Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Albaniyanın dövlət başçısına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə Prezident...