SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib
08
sen
2026
22:12
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri ABŞ-yə məxsus müasir "Dive-LD" avtonom sualtı aparatını ələ keçirdiyini açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin bəyanatında deyilir.
"ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı aparatlarından biri Hörmüz boğazının girişində ələ keçirilib", - açıqlamada bildirilir.
Qeyd olunur ki, "Dive-LD" avtonom sualtı pilotsuz aparatı 2025-ci ildən ABŞ donanmasına tədarük edilməyə başlayıb.
Oxşar xəbərlər
Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür
Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...