Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür

Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür
Dünya 9

Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni öz "YouTube" kanalında yayımladığı videomüraciətində bildirilib.

"ABŞ ilə ticarət danışıqlarımız uğursuz olub, bizə təklif olunan şərtlərlə razılaşa bilməzdik. Açığını desək, bu üzücüdür, çünki Kanada və ABŞ arasında qarşılıqlı faydalı ticarət sazişi mümkündür. Bu, suverenliyə hörməti nəzərdə tutmalı, güclü tərəflərimizə əsaslanmalı, sərhədin hər iki tərəfindəki ailələr üçün qiymətlərin ucuzlaşmasına və iş yerlərinin yaradılmasına kömək etməlidir", - o qeyd edib.

Karni əlavə edib ki, sentyabrın 8-də Ottavanın ABŞ məhsullarına "dollara dollar" prinsipi ilə cavab rüsumları qüvvəyə minib. "Mən münaqişənin eskalasiyasına inanmıram və bunu konstruktiv hesab etmirəm. Lakin bu rüsumlar işçilərimizi, şirkətlərimizi və cəmiyyətimizi qorumaq məqsədi daşıyır", - o əlavə edib.

Karni qeyd edib ki, ölkə hakimiyyəti ABŞ ilə ticarət müharibəsi şəraitində yerli istehsalçıların maraqlarını qorumaq naminə "istənilən şeyi və nə qədər tələb olunarsa etmək" niyyətindədir. Onun sözlərinə görə, birinci mərhələdə hökumət bu məqsədlər üçün 7,5 milyard dollar ayıracaq. Bundan əlavə, Karni vurğulayıb ki, Ottava gələcəkdə Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrini gücləndirməyi planlaşdırır.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50 faizlik rüsumlar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər