055 213 76 73
BAKU.WS Unikal.org-a istinadla xəbər verir ki, A.Məmmədov bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:
“2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
İcra başçısı sözügedən avtomobilin dəyərinin büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərin də qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.
Qeyd edək ki avtomobilin alınması ilə bağlı tender elanı 2 gün əvvəl - iyunun 29-da açıqlanıb.
BAKU.WS