VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev səfirlərin təyin edilməsi ilə bağlı sərəncam verib. 
 
BAKU.WS-in məlumatına görə, sərəncama əsasən, Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 
 
Digər bir sərəncama görə, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 
 
Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycan Respublikasının Estoniya Respublikasında, Nərgiz Akif qızı Qurbanova isə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
BAKU.WS