Zaur Rzayevə assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Zaur Rzayev 05.09.2026-cı il tarixdə saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib.
Bildirilib ki, qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.
Oxşar xəbərlər
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir
Ceyranbatanda 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bil...