Bu il Bakı Limanında 9 milyon tona yaxın yük aşırılması hədəflənir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Bakı Beynəlxalq Dəniz Limanında 8,8 milyon ton yük aşırılması hədəflənir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, ötən il limanda 8,2 milyon tondan çox yük aşırılıb: "Bu il üçün proqnoz isə 8,8 milyon tondur. Biz bu il üçün yük aşırılmasınl genişləndirməyə çalışırıq. Konteyner daşımalarına gəlincə, ötən il biz artıq 100 min TEU-dan konteyner idarə etmişik. İndi bizim bu il üçün proqnozumuz 121 min TEU konteynerdir".
Liman rəsmisi qeyd edib ki, son geosiyasi vəziyyətdən sonra bütün treyderlər və logistika şirkətləri dayanıqlı marşrut olan Orta Dəhlizi seçirlər: "Bu marşrut boyunca yükdaşımalarında artım sürətinin nəhəng olduğunu görə bilərsiniz".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...