“5G” şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub

“5G” şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub
Siyasət 241

Beşinci nəsil mobil şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub. “iPhone 12” qurğusu ilk 25-liyə daxil edilməyib. “Opensignal” analitik şirkətinin mütəxəssisləri belə qənaətə gəliblər.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, ABŞ ərazisində “5G” smartfonların işi təhlil edilib. 56 Mbit/san nəticə göstərmiş “Galaxy S21 5G” cihazı məlumatların yüklənməsi sürətinə görə reytinqdə liderliyə yüksəlib. İkinci yeri “TCL Revvl 5G”, üçüncü yeri isə “OnePlus 8T ” cihazları tutublar.

“Apple”ın smartfonları arasında ən yaxşı nəticəni (36,9 Mbit/san) “iPhone 12 Pro” qurğusu nümayiş etdirib. Lakin bu, beşinci nəsil mobil şəbəkələrində işləyən 25 ən sürətli smartfondan ibarət reytinqə düşmək üçün kifayət etməyib.

Oxşar xəbərlər

“iPhone 13 Pro” smartfonunun qiyməti bəlli olub

“iPhone 13 Pro” smartfonunun qiyməti bəlli olub

Bir terabaytlıq quraşdırılmış yaddaş tutumuna malik yeni “iPhone” modelinin qiyməti rekord səviyyədə olacaq. Bu barədə Çinin “MyDrivers” nəşrinin məlumatında de...

1362 Siyasət 00:00 05 fevral 2021

Son xəbərlər