Türkiyədə terrorizimlə mübarizə üçün müxtəlif üsullara əl atılır.

BAKU.WS
-in məlumatına görə, Türkiyə ölkədə fəaliyyət göstərən 13 terror təşkilatının 702 üzvünün yaxalanması istiqamətində əməliyyata başlayıb.

Türkiyə bir terroristin tutulması üçün 4 milyon türk lirəsi, təxminən 1 mln. 372 min 400 ABŞ dolları pul mükafatı qoyub. Türkiyə dövləti terroristlərin tutulması üçün ümumilikdə 468 milyon 500 min türk lirəsi, 160 mın. 742 min 350 ABŞ dolları mükafat elan edib.

Terroristlər arasında azərbaycanlı qadınlar da var. Azərbaycanlı terroristlərdən ən qəddarı isə 28 yaşlı qadındır. Onun kimliyi məlum olub. Bu 28 yaşlı Ülkər Məmmədovadır.

Ziya Babayev
BAKU.WS